EN

Anar Nəcəfli: “Keşlə bazarının sökülməsindən sonra salınacaq yol tıxacları minimuma endirəcək” – VİDEO

“Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir”.

Bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib.


Qurum rəsmisi yeni yol layihəsinin şəhərin nəqliyyat infrastrukturu üçün önəmindən bəhs edib:


“Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.


Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq.
 

Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşurutunun yaradılması hesabına Hedər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək”.


Qeyd edək ki, hazırda tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilir.


Surxay Atakişiyev, Bizim.Media

Chosen
19
49
bizim.media

10Sources