EN

Tovuzda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 60 nəfərə yüksəldi YENİLƏNİB

“Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib: “Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb”.

Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub. (apa)

***

12:00

Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.

Xezerxeber.az-ın məlumatına görə, zərərçəkənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, şagirdlər sobanın tüstüsündən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

1 nömrəli tam orta ümumtəhsil məktəbin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.

Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür.

Chosen
10
32
xezerxeber.az

10Sources