EN

İki gün əvvəl itən adamın meyiti transformatorda tapıldı

İmişlidə itkin düşmüş şəxsin meyiti tapılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Oruclu kənd sakini 59 yaşlı Şükürov Rasim Pəsi oğlu dekabrın 18-i saat 08 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları polisə müraciət edərək, R.Şükürovun itkin düşməsi barədə məlumat verib və axtarışlara başlanılıb.

Dekabrın 19-da Rasim Şükürovun meyiti kənd ərazisində yerləşən transformatorda tapılıb.

Onun cərəyan vurmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Chosen
1
7
bakupost.az

9Sources