EN

Azərbaycanın qeyri-neft ixracı 2%-dək artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 3 090,6 mln. ABŞ dolları təşkil edib.

Fins.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən verdiyi məlumata görə, bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 1,9% çoxdur.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Nəticədə Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb.

Fuad Mədətov
Fins.az

Chosen
3
4
fins.az

8Sources