EN

Zəlzələlərdən sonra dağıntı və ya xəsarəalan olub? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dekabrın 21-də yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.

 

PRavda.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

 

Bildirilib ki, zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Tarix: 21 Dekabr 2024, 09:29   
Chosen
1
40
pravda.az

10Sources