Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
Daha iki yeraltı təkan isə gecə saat 03:03-də (3 bal) və 3:07-də (3,8 bal) qeydə alınıb.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Nazirliyə məlumat daxil olmayıb.