EN

Azərbaycan-Ermənistan sərhədində ard-arda üç dəfə zəlzələ olub - YENİLƏNİB 2

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dekabrın 21-də yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - deyə qeyd edilib.

Ətraflı

***

06:43

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhədində 3 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 10 km dərinlikdə, dekabrın 21-də yerli vaxtla saat 3:03-də qeydə alınıb.

Üçüncü zəlzələ isə 3.8 bal gücündə olub. Bildirilib ki, yeraltı təkanlar 12 km dərinlikdə, dekabrın 21-də yerli vaxtla saat 3:07-də qeydə alınıb.

***

04:21

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhədində 4.8 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 9 km dərinlikdə, dekabrın 21-də yerli vaxtla saat 03:01-də qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.
Chosen
1
40
sherg.az

10Sources