EN

Azərbaycan-Ermənistan sərhədində ardıcıl zəlzələlər baş verib

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 21 dekabr 2024-cü il tarixində, yerli vaxtla saat 03:01-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində ardıcıl olaraq 4.8, 3 və 3.8 maqnituda gücündə zəlzələlər qeydə alınıb.

Olaylar xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmadığını bildirib.

Zəlzələlərin episentri sərhəd bölgəsində yerləşib və təsir zonası geniş olmamışdır. Respublika Seysmoloji Xidmət Mərkəzi ərazidə seysmoloji vəziyyəti müşahidə etməyə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
24
olaylar.az

10Sources