EN

Azərbaycan-Ermənistan sərhədindəki güclü zəlzələdə xəsarət alan var?

21.12.2024-cü il tarixində, yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.
Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə quruma məlumat daxil olmayıb.
***
08:10 Azərbaycan-Ermənistan sərhəddində güclü zəlzələ baş verib.
  Bu barədə Manset.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub. Əsas təkanlardan sonra 3.0 və 3.8 maqnitudalı afteşoklar qeydə alınıb.
  ***
03:31
Dekabrın 21-də yerli vaxtla saat 03:01-də Azərbaycanın Kəlbəcər rayonu ərazisində zəlzələ qeydə alınıb.   Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Zəlzələnin maqnitudası 4,6 bal olub.

Kələbəcər şəhərindən 25 km cənubda baş verən yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.

Chosen
228
34
manset.az

10Sources