Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub.
Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Azərbaycan-Ermənistan sərhədində yerli vaxtla saat 03:03-də 3 bal gücündə zəlzələ qeydə alınıb.
Eləcə də, yerli vaxtla saat 3:07-də 3,8 bal gücündə növbəti olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata görə, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər qeydə alınıb.
Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Nazirliyə məlumat daxil olmayıb.