EN

Türkiyədən Fransaya avtomobil ixracında cüzi azalma qeydə alınıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Fransaya avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 3 milyard 827 milyon 567 min 30 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Fransaya 476 milyon 498 min 23 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 17 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 33 milyard 731 milyon 566 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 3 milyard 241 milyon 318 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 36 milyard 902 milyon 494 min dollar məbləğində avtomobil ixrac edib.

Chosen
14
50
turkic.world

10Sources