EN

Əsədin həyat yoldaşı Moskvada xərçəng xəstəliyindən müalicəyə başlayıb

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı ölkəni tərk etməzdən bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyinin residivindən müalicəyə başlayıb.

Bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Əsəd Rusiyanın paytaxtına gəldikdən sonra həyat yoldaşı ilə görüşüb. Məlumata görə, onun anası və atası, Fəvaz əl-Əxras da Moskvadadır.

Dekabrın əvvəlində isə Əsədin böyük oğlu Hafiz Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib.
 
 

Chosen
13
1
7news.az

2Sources