EN

Suriyanın yeni hakimiyyəti XİN rəhbərini seçdi

Suriyanın yeni hakimiyyəti xarici işlər nazirini seçib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Bildirilir ki, bu vəzifəyə Əsəd Həsən əş-Şibani təyin edilib.

"Baş Komandanlıq cənab Əsəd Həsən əş-Şibaninin Suriyanın yeni hökumətində Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunduğunu elan edir", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, dekabrın 8-də "Azad Suriya Ordusu"nun komandanlığı Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib. Bundan sonra Əsəd dövlət başçısı vəzifəsini tərk etmək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə təhvil verilməsi barədə göstəriş verərək Suriyanı tərk edib. Ardınca isə o, ailə üzvləri ilə birlikdə Moskvaya yollanıb, Rusiya onlara "humanitar xarakterli mülahizələrə görə" sığınacaq verib.


Telegram kanalımız
Chosen
25
2
yenisabah.az

10Sources