Konqonun şimal-şərqindəki Busira çayında Milad bayramı üçün evə qayıdan insanlarla həddən artıq yüklənmiş bərənin aşması nəticəsində 38 nəfər ölüb, 100-dən çox insan itkin düşüb,.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İngende bələdiyyə sədri Cozef Cozef Kanqolinqoli bildirib ki, bərə digər gəmilərin karvanında səyahət edirdi və sərnişinlər əsasən Milad bayramı üçün evə qayıdan treyderlər olub.
Bərənin göyərtəsində 400-dən çox insan olub.
İndiyədək 20 nəfər xilas edilib.