AZ

Əsma və uşaqları Bəşər Əsəddən əvvəl Moskvaya gedibmiş

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma ərinin qaçmasından bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyinin residivindən müalicə almağa başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Rusiya paytaxtına gəldikdən sonra Əsəd həyat yoldaşı ilə görüşüb. Əsma ilə yanaşı, onun valideynləri və əvvəllər Əbu-Dabidə Sorbonna Universitetində təhsil almış qızı Zein də Moskvadadır. Cütlüyün böyük oğlu Hafiz bu yaxınlarda Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edib.

Əsma Əsədin 49 yaşı var, Londonda doğulub və ikili vətəndaşlığı var. Atası kardioloq, anası isə diplomatdır. Gələcək birinci xanım London Kral Kollecini bitirib və 2000-ci ildə Suriyaya köçüb və orada Bəşər Əsədlə tanış olub.

2024-cü ilin may ayında Əsmaya kəskin miyeloid leykoz diaqnozu qoyuldu. Bundan əvvəl, 2018-ci ildə o, artıq xərçənglə üzləşmişdi - ona erkən mərhələdə döş xərçəngi diaqnozu qoyulmuşdu. Müalicəsi Dəməşqdəki hərbi xəstəxanada aparılıb və orada şiş çıxarılıb.

phrase_var_article.chosen
25
5
unikal.az

8phrase_var_article.sources