“Financial Times” yazır ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd qan xərçənginin residivindən Moskvada müalicəyə başlayıb.
Məlumata görə, Əsma Əsəd əri Bəşər Suriyadan qaçmazdan bir neçə həftə əvvəl Moskvaya gedib.
Bundan əlavə, Əsma Əsədin valideynlərinin də Moskvada olduğu bildirilir. Əsədlərin Əbu-Dabidəki Sorbonna Universitetində oxuyan qızı Zain də Moskvaya gəlib.
Qeyd edək ki, bir müddət əvvəl Suriyanın keçmiş birinci xanımına kəskin miyeloid leykemiya diaqnozu qoyulub, 2019-cu ildə isə Əsma Əsədin döşündəki bədxassəli şişi götürülüb. Sonra o sağaldığını elan edib.
TAHİR