AZ

Əsma Əsəd yenə xərçəngə tutulub

Suriyanın sabiq prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin ölkədəki hadisələrdən qısa müddət əvvəl Moskvada xərçəng xəstəliyindən müalicəyə başladığı məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, Əsəd Rusiyaya getdikdən sonra həyat yoldaşı ilə görüşüb.

 

Sabiq birinci ledinin valideynləri də Moskvadadır.

 

Məlumata görə, Əsədlərin Əbu-Dabidəki Sorbonna Universitetində təhsil alan qızı Zein də Rusiyaya gedib.

 

Xatırladaq ki, 2018-ci ilin avqustunda Əsma Əsəddə süd vəzi xərçəngi aşkar edilib. Bu zaman xəstəlik erkən mərhələdə olub və birinci xanım Dəməşqdə hərbi hospitalda müalicə alıb. 48 yaşlı Əsma Əsəd 2019-cu ilin yanvarında əməliyyat edilib və sağaldığı bildirilib.

 

Bu ilin may ayında Əsma Əsəddə kəskin leykoz xəstəliyi aşkar edilib.

Seçilən
5
1
modern.az

8Mənbələr