EN

Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya silahlı qüvvələri Ukraynanın Donbas əyalətində (Donetsk vilayəti) Storojevoye kəndini nəzarətə götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda, həmçinin qeyd olunur ki, strateji baxımdan əlverişli ərazidə yerləşən kənd Velikaya Novosyolkadan bir neçə kilometr cənubda, Mokrıye Yalı çayı üzərində yerləşir.
Hələlik Ukrayna tərəfi yaşayış məntəqəsinin itirilməsi ilə bağlı məlumat yaymayıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü ilin 12 iyulunda keçirdiyi əməliyyat nəticəsində Rusiya ordusunu Donetsk əyalətində yerləşən Storojevoye kəndinə çıxarmışdı. Kənd 2022-ci ilin martından Rusiya ordusunun nəzarətinə olub.
Chosen
18
37
oxu.az

10Sources