EN

Tramp Qrenlandiya ilə Panama kanalını buna görə "istəyir"

Donald Tramp "Qrenlandiya və Panama kanalını nadir torpaq elementlərinə və strateji təsirə görə istəyir".

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, Donald Tramp Qrenlandiyanı almaq və Panama kanalına nəzarəti bərpa etmək planlarını yenidən gündəmə gətirib, onların strateji əhəmiyyəti və kommersiya üstünlüklərinə əsaslanaraq bu addımı təklif edib.

Məqalədə qeyd edilir ki, Qrenlandiya Trampı texnologiyalar üçün əhəmiyyətli olan nadir torpaq elementlərinin ehtiyatlarına və Arktikada yeni yolların açılmasını təmin edən strateji mövqeyinə görə cəlb edir. Panama kanalını isə Donald Tramp ABŞ-ın təhlükəsizliyi üçün kritik hesab edir.

Qrenlandiya və Panama hakimiyyətləri bu təklifləri rədd etsələr də, ekspertlər bildirirlər ki, Trampın yanaşması daha çox strateji ekspansionizmi xatırladır.

Afaq,
Musavat.com

Chosen
16
6
musavat.com

7Sources