EN

Britaniya Əsma Əsədə qapılarını bağlayır

Britaniya Suriyanın devrilmiş lideri Bəşər Əsədin britaniyalı həyat yoldaşı Əsma Əsədin ölkəyə qayıtması planlarından narahatdır.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, ikili vətəndaşlığı olan Əsma Əsədin Britaniyaya dönəcəyi təqdirdə pasportunun ləğvi çağırışı edilib. Əsma Əsədin Britaniyada dəbdəbəli həyata qayıtmasının milyonlarla qurbana təhqir olacağı bildirilib.

Bu ay Suriyada rejimin devrilməsindən sonra Rusiyaya sığınan Əsəd cütlüyü haqqında təəccüblü iddialar səsləndirilib. 49 yaşlı Əsma Əsadın xərçəng müalicəsi üçün Britaniyaya qayıtmağı planlaşdırdığı bildirilir. Ədliyyə naziri Robert Cenrik “Əsədin həyat yoldaşının İngiltərədə dəbdəbəli həyata qayıtması onun milyonlarla qurbanı üçün təhqir olardı” deyib, Xarici işlər naziri David Lammi, “Sanksiyaya məruz qalan biri kimi o, ölkədə xoş qarşılanmayacaq” deyə reaksiya verib.

Londonda doğulub böyüyən və uğurlu bank karyerasına malik Əsma Əsəd 2000-ci ildə Bəşər Əsədlə ailə həyatı qurub. 2012-ci ildə Aİ-nin sanksiyaları çərçivəsində İngiltərədəki aktivləri dondurulan Əsma Əsədə qarşı 2021-ci ildə Suriyada hərbi cinayətlərdə iştirak etdiyi iddiası ilə istintaq başladılıb.

Chosen
24
50
unikal.az

10Sources