EN

Bu şəxslər əməkhaqlarının 50 faizi qədər mükafat alacaqlar - ŞAD XƏBƏR

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün əməkdaşlara əməkhaqlarının 50 faizi həcmində pul mükafatı yazılıb.

Bu təşəbbüs professor-müəllim, inzibati idarəetmə heyətindən tədris-köməkçi və xidmətedici heyətədək bütün əməkdaşları əhatə edib.

Qeyd edək ki, AzMİU-da əməkdaşların sosial rifah halının yaxşılaşdırılması məqsədilə bu cür təşəbbüslər mütəmadi olaraq həyata keçirilir.

Bundan əlavə 2025-ci ildən etibarən universitet əməkdaşlarının sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması çərçivəsində əməkhaqlarının artırılması planlaşdırılır.

Chosen
8
10
yenigundem.az

10Sources