EN

Türkiyənin Yunanıstana mebel ixracı 29,6% artıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Yunanıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,6 faiz artaraq, 177 milyon 886 min 16 dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Noyabr ayında Yunanıstana mebel ixracı 15 milyon 746 min 56 dollar təşkil edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 6 faiz azalma deməkdir.

Ümumilikdə ixrac göstəriciləri:

  • 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi mebel ixracı 7 milyard 862 milyon 258 min dollara bərabər olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azdır.
  • Noyabr ayında isə 671 milyon 664 min dollar dəyərində mebel ixrac edilib, bu göstərici keçən ilin eyni ayı ilə müqayisədə 2,2 faiz azalıb.

Son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyənin ümumi mebel ixracı 7 milyard 862 milyon 268 min dollar səviyyəsində olub.

Chosen
17
24
fins.az

10Sources