EN

Paşinyanın COVİD testi yenə müsbət çıxdı

Ermənistanın Baş naziri Nikol Paşinyanda COVİD-19 aşkarlanıb.

Gundem.az xəbər verir ki, baş nazir bu barədə Feysbuk səhifəsində yazıb.

“Bazar ertəsi, dekabrın 23-də COVİD-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və yaşayış yerimdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım.

Bundan sonra həm də həmkarlarımla məsləhətləşərək, bu gün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.

Günün sonuna kimi Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”, - baş nazir vurğulayıb.

***

Ermənistan Baş naziri Nikol Paşinyanın COVİD testi ikinci dəfə müsbət çıxıb.

Bu barədə Paşinyan özünün Teleqram kanalında məlumat yayıb.

“COVİD testim yenidən müsbət çıxdı, sağalana qədər bəzi məhdudiyyətlərlə işləyəcəm”, - erməni baş nazir bildirib.

Chosen
7
28
gundem.az

10Sources