EN

Deputatlar təyyarə qəzasında həlak olanların xatirəsini andılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Milli Məclisdə Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi anılıb.
Oxu.Az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması haqqında çıxış edib.
Sədr həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Bununla bağlı prezidentin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının fəaliyyətindən danışıb.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən "Embraer 190" təyyarəsi Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
Mərahim Nəsib
Chosen
20
50
oxu.az

10Sources