EN

Təyyarə qəzasında həlak olan 19 yaşlı Xədicədəfn edildi

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarın Suduroba kənd qəbiristanlığında dəfn olunub.

 
Sfera.azxəbər verir ki, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.
 
Təyyarə qəzasında Xədicə ilə birlikdə onun qardaşı Əli də həyatını itirib.
Chosen
1
16
yenilik.az

10Sources