Ötən gecə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İtaliya Superkubokunun yarımfinal mərhələsinin “İnter” – “Atalanta” oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, görüş milanlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Berqamoluların hər iki qolunu fasilədən sonra Niderland millisinin müdafiəçisi Denzel Dumfries vurub. 28 yaşlı futbolçu 49-cu dəqiqədə hesabı açıb. 12 dəqiqə sonra o, dublunu və matçın yekun nəticəsini rəsmiləşdirib.
Beləliklə, "İnter" İtaliya Superkubokunun finalına çıxıb. Simone İnzaginin komandası həlledici görüşdə "Yuventus" - "Milan" qarşılaşmasının qalibi ilə qarşılaşacaq. Digər finalçı bu gecə bəlli olacaq.