EN

76 yaşlı sakin qayınatasından qalan məhəlləni gülüstana çevirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Həm şair, həm musiqiçi, həm də bağban. Söhbət Mingəçevirin 76 yaşlı sakini Mahir Musadan gedir.
Yaşının bu çağında o, qayınatasından qalan "Güllü məhəllə"ni gülüstana çevirib.
15 ildir limon yetişdirdiyini söyləyən Mahir dayı işindən zövq aldığını deyib.
"Əvvəlcə qurumuşdular, sonradan üzərində çalışdım, dibini təmizlədim, yenidən cücərdilər. Bunlar qayınatamgilin məhsuludur, onlardan yadigardır. Buranın güllərini siz yaz vaxtı görsəniz, məəttəl qalarsınız. Gülün ətrindən adam dəli olur. Mən bunlarla yaşayıram. Stulda günün altında otururam, özüm üçün qarmon çalıram, şeir yazıram. Səhər durub görürəm ki, limonlar sanki böyüyüb", - deyə o qeyd edib.
Daha ətraflı Baku TV-nin materialında:
Chosen
27
41
oxu.az

10Sources