Almaniya kansleri Olaf Şolts Bundestaqın üzvü Roderix Kizevetterin Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyəti ilə bağlı açıqlamalarını təkzib edib .
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bu, yalan bəyanatdır. Bu, son dərəcə əsassız xəbərdir", - Almaniya hökumətinin başçısı bildirib.
Şoltsun sözlərinə görə, belə bir görüşün keçirilməsi ümumiyyətlə nəzərdə tutulmayıb.