EN

Rusiya səfirliyinin nümayəndəsi Moldova XİN-əÇAĞIRILDI

Rusiya səfirliyinin nümayəndəsi Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az Apa-ya istinadən xəbər verir ki, buna səbəb rəsmi Moskvanın Dnestryanıdakı enerji böhranı ilə bağlı bəyanatları olub.

Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırıb. Rəsmi Kiyev Rusiyanın Qazprom şirkəti ilə 2024-ci ilin dekabrında başa çatan müqaviləni uzatmayıb. Ukrayna ərazisindən qaz tranziti dayandırılandan sonra Moldovanın Dnestryanı regionunda enerji böhranı yaşanmaqdadır.

Chosen
54
6
redaktor.az

10Sources