EN

Azərbaycan-İran sərhədində zəlzələ olub

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Yardımlı stansiyasından 17 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) yerli vaxtla 23.22-də 3,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunub.

Chosen
39
9
azertag.az

10Sources