EN

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan açıqlamasında Qarabağın Ermənistan ərazisi olmamasını etiraf edir - Rizvan Nəbiyev

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan, 1988-ci ildən etibarən Azərbaycanlılara qarşı deportasiya prosesinin sonuncu mərhələsinin həyata keçirilməsi, etnik təmizləmə və beynəlxalq ictimaiyyətin gözündən pərdə salınması barədə tam olaraq açıqlama verib.

"Operativ Media" xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev AZTV-də öz fikirlərini bildirib:

"Levon Ter-Petrosyan Ermənistanın prezidenti və ali baş komandanı olduğu dövrdə verdiyi açıqlamanı nəzərə alaraq deyə bilərik ki, onun siyasətini sonraki Ermənistanın prezidentləri tərəfindən davam etdirilib. Bu açıqlamada Levon Ter-Petrosyan erməni dövlətinin etnik təmizləmə əsasında qurulması fəxarətlə bildirilir. Eləcə də Ermənistanın müdafiəsinin də etnik təmizləmə əsasında mümkün olduğunu bildirir. Bundan əvvəl də Robert Köçəryan Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı etnik uyğunsuzluq barədə danışıqlarına şahid olmuşuq. O, azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilməyəcəyini bildirib. Eyni zamanda Sarkisyanın Xocalı soyqırımı ilə bağlı verdiyi müsahibələr və Paşinyanın Azərbaycanın beynəlxalq hüquqla ayrılmaz hissəsi olan və dünya birliyi tərəfindən tanınan Qarabağa qarşı ərazi iddiaları ilə bağlı çıxışları olub.

Levon Ter-Petrosyan bu açıqlamasında 600 illik məsələdən söhbət açır. İlk olaraq qeyd edim ki, Qarabağ sözü yazılı mənbələrə istinadən 13-cü əsrin ortalarında Rəşadəddinin salnaməsində qeyd edilmişdir. Deməli, həmin dövrdən bu günə qədər, Levon Ter-Petrosyanın özünün də etiraf etdiyi kimi, Qarabağla Ermənistanın heç bir əlaqəsi olmayıb.  Ermənilərhər zaman Qarabağı özlərinin tarixən qədim torpağı hesab ediblər. Amma Ermənistanın keçmiş prezidenti Qarabağın Ermənistan ərazisi olmamasını etiraf edir.

Levon Ter-Petrosyanın bir daha sübut edir ki, ermənilərin əsrlər boyu dövləti olmayıb. Bunu siyasi xadimin etiraf etməsinin isə başqa bir çəkisi var. Levon Ter-Petrosyan müsahibədə çarlığdan danışır. Söhbət "Klikya" çarlığından gedir. Bu çarlığı erməni tarixçilərindən başqa heç kim erməni dövləti kimi qeyd etməyib. Bu çarlıq 14-cü əsrin ikinci yarısında süqut edib. Bundan sonra erməni kilsəsi Xaç yürüşlərində iştirak edir. Bundan sonra ermənilər Osmanlı təhlükəsindən qorunmaq üçün Qaraqoyunluya icazə alıb, müəyyən ərazilərdə məskunlaşır. Bu bir daha sübut edir ki, ermənilərin hər zaman dövlət yaratmaq arzusu olub. Yəni deyə bilərik ki, azərbaycanlılar 600 ildir ki, erməni dövlətçiliyinin yaranması üçün maneə imiş.

Levon Ter-Petrosyan bu müsahibədə dəfələrlə "Biz Ermənistanı digər millətlərdən təmizlədik" ifadəsini vurğulayır. Keçmiş Ermənistan prezidenti bir neçə dəfə etnik təmizləmə ifadəsini işlədir. Etnik təmizlə isə insanlıq eleyhinə cinayət və soyqırımdır. Bu etirafları isə Ermənistanın həmin dövrdə siyasi və hərbi vəzifəsi olan bir nömrəli şəxs edir. Bir sözlə Ermənistanın əsrlər boyu başqalarının ərazisində dövlət qurmaq niyyətinin olduğunu açıqlayır.

Levon Ter-Petrosyan ərazi ilə bağlı danışarkən belə bir ifadə səsləndirir: "Biz artıq “Artsax”ıq və daha geniş əraziyik". Burada Ermənistanın keçmiş prezidenti  Ağdamı və ətraf ərazini nəzərdə tutur. Hansı ki, beynəlxalq hüquqla Azərbaycan Respublikasının sərhədləri çərçivəsində olan bir ərazidən söhbət gedir.

Levon Ter-Petrosyan “Yekrapa” ilə bağlı də məsələlərə toxunur.  Qeyd edim ki, “Yekrapa” sonradan franksiya şəklində də partiyada təmsil olunub. Vazgen Sarkisyan 1999-cu ilə qədər bu franksiyanın rəhbəri olub. Bu fraksiyanın 5 minlə 30 minə qədər terrorçu dəstəsi olub. Həmin dövrlərdə isə "Yekrapa" silahlı birləşmələr olub. Sonradan, bu qruplaşmanın veteran olan üzvlərinin cəmiyyətdə müəyyən status fərqli olub. Onlara parlamentdə də hörmət göstərilib. Terror təşkilatı kimi tanınmalı olan “Yekrapa”nın Ermənistanın siyasi niyyətini həyata keçirməkdə xüsusi rolu olub. Bu isə hüquqi məsuliyyət deməkdir.

Ermənistan SSRİ ərazisində 36 inzibati rayona sahib olub. Onun 32-sində azərbaycanlılar məskunlaşıb. Bir neçə rayonda isə, Basarkeçər, Urfanlıda və Amasiyada azərbaycanlılar mütləq əksəriyyəti təşkil edib. O cümlədən, Basarkeçər rayonunda 37 kənd olub. 37 kəndin 32-sində azərbaycanlılar məskunlaşıb. Levon Ter-Petrosyan açıqlamasında bu rayonun adını çəkmir. Çünki bu rayon, Ermənistanın hərbi işğalçılıq siyasətini həyata keçirmək üçün xüsusi strateji əhəmiyyətə malik ərazi idi. Bu ərazi dağlıq bir ərazi idi. Ermənistanın Kəlbəcəri işğal etməsində Basarkeçər hərbi strateji əhəmiyyətə malik rayon olub.

Levon Ter-Petrosyan açıqlamasında əhali haqqında danışarkən, insanı "instrument" kimi hərbidə istifadə olunmasından danışır. Levon Ter-Petrosyan  açıqlamasının bir hissəsində “biz təmizləməklə buna nail olduq” deyə ifadə səsləndirir. Levon Ter-Petrosyan ad çəkməsə də, təhrif olunmuş şəkildə burada Azərbaycan türklərindən danışır. Ermənistanın keçmiş prezidenti bu açıqlamada həm dövlətin yaranması, həm də müdafiəsinə toxunur. Bildirir ki, azərbaycanlılar burada olsaydı, biz dövlətimizi müdafiə edə bilməzdik".

Bəzi təçkilatlar Azərbaycan SSRİ-dən ermənilərin çıxarılması ilə bağlı iddialar səsləndirirdi.  Bu gün Levon Ter-Petrosyan bir mənalı olaraq, ermənilərin Azərbaycan SSRİ-dən çıxarılmasının Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirir. Bu, bir plan idi. Burada iki məqsəd var idi. İlk olaraq, Levon Ter-Petrosyan fikrincə, Azərbaycan SSRİ-də yaşayan ermənilər bizim üçün təzyiq vasitəsi ola bilərdi. İkinci isə, azalmaqda olan erməni əhalisini artırmaq üçün bu addım atılmışdı. Amma heç istədikləri nəticəni də vermədi. Heç kim orada qalmadı və Ermənistanı tərk etdilər. Yəni, bu fikir də öz məqsədinə çatmadı.

1988-ci il dekabrın 3-də Basarkeçər rayonunda 250 mindən çox azərbaycanlı yaşadığı ərazidə qısa müddət ərzində güc tətbiq olunaraq çıxardıldı. Bizim prokurorluğumuzun qaldırdığı cinayət işinə görə bu zaman iki yüzdən çox azərbaycanlının qətlə yetirilib.

1 yanvar 1988-ci ildən, 1 yanvar 1992-ci ilədək Qərbi Azərbaycandan qovulan azərbaycanlılara Azərbaycan Respublikasının vətəndaşlığı verilib. 1988-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı vətəndaşlıq haqqında qanuna əsasən, bu kateqoriya ayrıca qeyd olunur. Bildirir ki, həmin tarixlər aralığında Azərbaycana gəlmiş qaçqınlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Amma onların geriyə qayıtmaq hüququ saxlanılır.

Yəni, bizim qanunvericiliklə bu təsbit olunub və beynəlxalq konvensiyalarla da bu üst-üstə düşür. Cənab Prezident də çıxışlarında bildirib ki, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına, evlərinə geri dönüşü,Ermənistan Respublikasına qarşı ərazi iddiası deyil. Bu, həmin ərazidən, öz tarixi torpaqlarından güc şəraitində qovulmuş insanların geriyə dönüş hüququnun təsbit olunmasıdır". Bunun bizim milli qanunvericiliyimizdə də əsası var. Eyni zamanda çoxsaylı konvensiyalarla da bu qayıdış tam şəkildə əsaslandırılıb".

Chosen
35
1
operativmedia.az

10Sources