EN

Neft və qaz gəlirləri 1,6 milyard dollar AZALDI - RƏSMİ

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü ildə neft və qaz satışlarından gəliri bir il əvvəlki dövrlə müqayisədə 1,6 milyard dollardan çox azalıb.

 

Sfera.az ARDNF-in məlumatına istinadən xəbər verir ki, 2024-cü ildə neft və qaz satışından gəlirlər 6 milyard 601 milyon dollar təşkil edib.

 

Bu qədər gəlirin 6 milyard 158,5 milyon dolları “Azəri-Çıraq-Günəşli” yatağından, 442,1 milyon dolları “Şahdəniz” yatağından əldə olunub. Bir il əvvəl neft və qaz satışından 8 milyard 207 milyon dollar gəlir qeydə alınmışdı.

 

2023-cü ildə gəlirin 6 milyard 899 milyon dolları “Azəri-Çıraq-Günəşli” yatağının, 1,31 milyard dolları isə “Şahdəniz” yatağının payına düşürdü.

 

Müqayisə göstərir ki, 2024-cü ildə “Azəri-Çıraq-Günəşli” yatağından gəlirlər 740,5 milyon dollar, “Şahdəniz”dən gəlirlər 868 milyon dollar azalıb.

 

Vasif

Sfera.az

Chosen
21
50
sfera.az

10Sources