EN

Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı araşdırma başladıldı

Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb.

OLAY yazır ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.

Bildirilib ki, məsələ ciddi araşdırılacaq: "Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək".

"Hadisədən xəbərim yox idi. Tibb bacıları otağa daxil olanda çaşıb qaldım. Çevrilib gördüm ki, mənə belə bir sürpriz ediblər. Mən vəziyyəti başa düşənə qədər müəyyən vaxt keçdi. Məni təbrik etmək üçün otağa daxil olanlar da hamısı əməliyyatda iştirak edən tibb bacılarıdır. Onlara mən nə deyə bilərdim ki?"

Bunu sözügedən görüntülərdə yer alan cərrah mama-ginekoloqu Ləman Əliyeva deyib.

O qeyd edib ki, həmin görüntüləri paylaşdığı üçün peşmandır:

Chosen
13
13
olay.az

10Sources