EN

Norveç qaz hasilatı və ixracında yeni rekord əldə etdi

2024-cü ildə Norveçin təbii qaz hasilatını rekord həddə - 124 milyard kubmetrə çatıb.

Musavat.com xəbər verir ki, məlumat Norveç Dəniz Müdirliyinin (NOD) illik icmalında əksini tapıb. Bundan əvvəlki maksimum 122,8 milyard kubmetr olmaqla 2022-ci ildə hasil edilmişdi.

Ümumilikdə, ötən il Norveçin karbohidrogen hasilatı təxminən 240 milyon kubmetr neft ekvivalenti təşkil edib ki, bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir. Proqnozlara görə, yaxın illərdə hasilat pik həddə qalacaq, 20-ci illərin sonlarına doğru azalmağa başlayacaq.
Norveçin dəniz layihələrinə investisiyanın 2025-ci ildə 267 milyard NOK-a (23,4 milyard dollar) çatacağı gözlənilir ki, bu da keçən illə müqayisədə 2,5 faiz çoxdur.

Məlumata əsasən orveç 2024-cü ildə Avropaya boru kəməri ilə qaz ixracını 8 faiz artıraraq rekord həddə - 117,6 milyard kubmetrə çatdırıb. Bu, Avropanın qaz təminatının 30 faizi deməkdir. Təchizatda ən böyük artım Böyük Britaniyaya olub – 11 faiz (və ya 6 milyard kubmetr).

Böyük Britaniyadan başqa, Norveç Fransaya qaz ixracını 14 faiz artıraraq 16 milyard kubmetrə, Belçikaya 7 faiz artırmaqla 16 milyard kubmetrə çatdırıb. Almaniya və Danimarkaya tədarüklər dəyişməz qalmaqla birlikdə 56 milyard kubmetr təşkil edib.

Musavat.com

Chosen
8
23
musavat.com

10Sources