EN

“Cessna Aircraft” biznes-jetinin partlayışında pilot həlak olub, 7 nəfər yaralanıb

“Cessna Aircraft” biznes-jeti Braziliyanın Ubatuba şəhərindəki Qastan-Madeyra hava limanında uçuş-enmə zolağından kənara çıxıb və şəhər çimərliyində partlayıb.

“Report” xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində çimərliktə istirahət edən insanlar da daxil olmaqla yeddi nəfər yaralanıb. Hava gəmisinin pilotunu xilas etmək mümkün olmayıb.

Bildirilib ki, təyyarədə beş nəfər olub. Tanıqlar əksəriyyəti uşaq olan sərnişinləri xilas edə biliblər.

İlkin məlumata görə, təyyarə qəzasının səbəbi pis hava şəraiti və yağışdan islanmış uçuş-enmə zolağı olub.

Chosen
1
1
report.az

10Sources