“Real Madrid” İspaniya Superkubokunun yarımfinal matçında “Malyorka”nı 3:0 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, qarşılaşma Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilib.
“Los Blankos”un heyətində Cud Bellinhem (63-cü dəqiqə), Rodriqo (90+5), “adalılar”ın futbolçusu Martin Valent isə öz qapısına qol vurub (90+3).
Final matçında “Real” digər yarımfinalda Bilbaonun “Atletik”ini 2:0 hesabı ilə yenən “Barselona” ilə qarşılaşacaq. Həlledici görüş yanvarın 12-də Ciddədə keçiriləcək.