EN

Prezidentliyə namizəd olmaq istəyən 15 nəfər - SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün bildirib ki, prezident seçkilərində namizəd kimi iştirak etmək üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.Daha 8 nəfər namizədlik üçün müraciət edib.Komissiya onların müraciətlərinə tezliklə baxacaq.Beləliklə, prezident seçkilərində iştirak etmək üçün namizədliyinin irəli sürülməsi təsdiq edilən şəxslər aşağıdakılardır:1. Prezident İlham Əliyev - Namizədliyi YAP tərəfindən irəli sürülüb;2. Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc - Namizədliyi özü tərəfindən irəli sürülüb;3. Deputat Fazil Mustafa - Namizədliyi Böyük Qurtuluş Partiyasının tərəfindən irəli sürülüb;4. Fuad Əliyev - Namizədliyi özü tərəfindən irəli sürülüb;5. Elşad Musayev - Namizədliyi namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;6. Deputat Qüdrət Həsənquliyev - Namizədliyi Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;7. Deputat Razi Nurullayev - Namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb.Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfər isə aşağıdakılardır:- Sərvan Kərimov- Mətləb Mütəllimli- Abutalıb Səmədov- Fikrət Yusifov- Yusif Bağırzadə- Arzuman Abdulkərimov- Yunus Oğuz- Qulamhüseyn Əlibəyli.Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Chosen
162
50
azadmedia.az

10Sources