EN

Bərdə rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən olunub

Bərdə, 30 dekabr, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində piroxtexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin ṣəxslərdən aşkarlanan külli miqdarda pirotexniki vasitələr götürülüb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Chosen
263
15
azertag.az

10Sources