“HƏMAS-ın məqsədi İsraili bir dövlət kimi tamamilə məhv etməkdir. Bu əsasda onların arasında müntəzəm hərbi toqquşmalar baş verirdi”.
Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq Yuri Svetov “İzvestiya” qəzetinə müsahibəsində İsrail-Fələstin münaqişəsinin gərginləşməsi fonunda onun inkişafının mümkün ssenarisindən danışıb.
Onun sözlərinə görə, bu dəfə vəziyyət bir qrup diversantın Fələstin ərazisindən daxil olması ilə çətinləşib. Ona görə də müharibə başlaya bilər.
“Mən heç bir halda istisna etmirəm ki, müharibə olacaq və İsrail ordusu, ümumiyyətlə, fələstinlilərə rəğbət bəslədikləri Qərbi Avropanın ictimai rəyinə baxmadan hərəkət edəcək”, – Svetov bildirib.
Politoloq vurğulayıb ki, HƏMAS əksər ölkələrdə terror təşkilatı kimi tanınsa da, ABŞ və bəzi Aİ dövlətləri ona yardım və dəstək verir.
Eyni zamanda, dövlətlər İsrailə kömək etməyə hazırdırlar. Bu amilləri nəzərə alsaq, İsrail və Fələstin ciddi problemlərlə üzləşə bilər.
“Buna görə də Yaxın Şərqdə müharibə təhlükəsi artıq realdır”, – deyə o, yekunlaşdırıb.