EN

EEVZA: Azərbaycan millisi son oyunda uduzub

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxıb.

Oxu.Az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün ev sahibləri ilə üz-üzə gəlib.

Görüş Polşanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya da eyni hesabla uduzub.

Qeyd edək ki, yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Chosen
262
28
oxu.az

10Sources