“Global Times” yazır ki, Amerika hərbi-sənaye kompleksi Ukrayna böhranında olduğu kimi, İsrail və Fələstin arasında münaqişənin gərginləşməsindən yenidən faydalana bilər.
Nəşrin müəllifləri iddia edirlər ki, sürətli hərbi yardımın göstərilməsi ABŞ-ın hərbi-sənaye kompleksinin keçmişdə Ukrayna və digər regional qeyri-sabitlik nöqtələrində olduğu kimi Yaxın Şərqdəki münaqişədən yenidən faydalanacağını xatırladır.
Məqalədə qeyd olunur ki, Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına ağlabatan yanaşma bütün tərəfləri təmkinli olmağa, eləcə də tezliklə atəşkəsə nail olmağa çağırmaqdır, ancaq ABŞ rəsmiləri gərginliyi sakitləşdirməkdənsə, əlavə hərbi yardım göstərməklə atəşə yanacaq atmaqla məşğuldurlar.
Jurnalistlər son bir həftə ərzində Amerika müdafiə şirkətlərinin səhmlərinin artımına diqqət çəkiblər. Beləliklə, “Lockheed Martin” və “Northrop Grumman” şirkətlərinin səhmləri 2020-ci ildən bəri ən yaxşı nəticələri göstərib.