EN

Polşa prezidenti Polşa-Belarus sərhədinə səfər edib

Polşa prezidenti Anjey Duda Polşa-Belarus sərhədinə səfər edib.

SİA-nın əldə etdiyi məlumata görə,prezident Belarus ərazisindən qanunsuz miqrantların Polşaya keçməməsi üçün tikilən hasara da yaxınlaşıb.

“...Mən sərhədçilərin, polislərin və əsgərlərimizin xidmətinə müstəsna fədakarlığı vurğulamaq istəyirəm”.

Qeyd edək ki, yerli mətbuat xidməti bunu Dudadan sitat kimi gətirib.

“...Onların Polşa-Belarus sərhədində göstərdikləri bu xidmət həqiqətən əvəzsizdir. Əgər bu xidmət burada həyata keçirilməsəydi, Polşa ölkəsinin başına gələcək təhlükənin miqyasını təsəvvür etmək çətin olardı. İndi arxamızda Belarusdan gələn hibrid hücumdan qoruyan sədd dayanır”.

Duda deyib bunu.
Nazlı

Chosen
523
41
sia.az

10Sources