Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayevin vəzifəsindən azad edilməsi barədə xəbərə qurumdan reaksiya verilib. Globalinfo.az bildirir ki, FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, yayılmış xəbər doğru deyil.“General-leytenant İlham Abdullayev işinin başındadır”, – məlumatda qeyd edilib.