“Son günlər Ermənistana məxsus media subyektlərində, xüsusilə sosial şəbəkələrdə azərbaycanlılara qarşı aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi hallarının artması bizdə haqlı olaraq dərin narahatlıq hissi doğurur”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.
“Hesab edirik ki, sülh danışıqlarının aktuallıq kəsb etdiyi hazırkı həssas dönəmdə erməni əsilli bəzi şəxslər tərəfindən düşmənçilik hissini təşviq edən bu kimi neqativ hərəkətlər təxribat məqsədi daşıyır və yolverilməzdir.
Azərbaycanofobiya siyasətinin təzahürü olan etnik zəmində nifrət dolu çağırışlar isə təkcə iki qonşu ölkə olan Azərbaycanla Ermənistan arasında deyil, bütövlükdə regionda dayanıqlı sülhün və əmin-amanlığın təmin olmasına əngəl törədir” – o qeyd edib.