EN

Arif Hacılı özünü kriminal dəstənin başçısı kimi aparır ANALİZ

Son vaxtlar istər yerli dağıdıcı müxalif ünsürlər, istərsə də xaricdəki antimilli qüvvələr ölkəmizin əldə etdiyi möhtəşəm uğurları, qələbələri gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar. Bir növ belə demək olar ki, Ermənistandakı revanşistlər və erməni lobbisi hansı fikirləri sərsəmləyirlərsə, eyni mövzunu Azərbaycanın dağıdıcı müxalifəti də təkrarlayır. Bu baxımdan, hər iki tərəfin eyni maraqları bölüşdüyünü və eyni tezisi ifadə etdiklərini demək olar. Məsələnin diqqətçəkən məqamı ondan ibarətdir ki, dağıdıcı müxalif ünsürlər dolayısı ilə erməni lobbisi və xaricdəki qaranlıq dairələrlə iş birliyində olduqlarını dilə gətirirlər. Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənli, sosial şəbəkə hesabında "ABŞ belə istəyir", "ABŞ-a qarşı çıxmaq sadəlövhlükdür", "Fransa dost ölkələrdəndir", "Ermənistanla münasibətlər ehtiyatlı şəkildə qurulmalıdır və bu kimi yarınmağa xidmət edən statusları, deyilənlərin əsaslı olduğunu göstərir. Təsdiq olunur ki, dağıdıcı müxaliflərin Avropanın müəyyən dairələrinin və ABŞ-ın bəlli qüvvələrinin maraqlarından çıxış edilməsində, erməni təəssübkeşləri olaraq tanınmalarında erməni lobbisinin xüsusi dəstəyi mövcuddur. Məhz erməni lobbisinin sifarişidir ki, dağıdıcı müxalif ünsürlər Ermənistandakı revanşistlərisayağı mövqelər ifadə edirlər. Məsələn, uşaq qatilləri Sarkisyan və Koçaryan ulayırlar ki, Azərbaycan Türkiyənin və Paşkistanın dəstəyi hesabına Qarabağı işğaldan azad edib. Həm də Azərbaycan dövlətinə qarşı sərsəm ittihamlar irəli sürürlər. Eynilə AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, Milli Şuranın rəhbəri Cəmil Həsənli sayıqlayırlar ki, Qarabağın işğaldan azad edilməsi Sarkisyanın və Koçaryanın Azərbaycanın torpaqlarını işğal etmələrindən artıq deyil. Yəni, o bayquşlar, bu bayquşlar kimi sərsəm fikirlər səsləndirirlər.

O bayquşlar bu bayquşlardan fərqlənmirlər

Haradasa erməni terrorçularının ulamaları təəccüblü görünməyə bilər: Dəmir yumruqla başları əzilib və tarixi torpaqlarımız qısa müddət də işğaldan azad edilib. Bəs yerli bayquşlar nədən narahatdılar? Niyə azərbaycanlılara qarşı kütləvi vəhşiliklər törədən erməni revanşistləri kimi düşünür və düşündüklərini sosial şəbəkələr vasitəsilə yayırlar? Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə dünya tarixində Türk-Müsəlman ölkələrinin qazana bilmədiyi möhtəşəm zəfərə imza atdı. Dağıdıcı müxaliflər bu zəfərlə bağlı bir kəlmə də olsun müsbət məqamları əhatə edə biləcək fikirlər söyləmədilər. Əksinə, Ə.Kərimli "Rus sülhməramlıları Qarabağda qaldığı üçün qələbəmiz yarımçıqdır", - deyə bildirdi. A.Hacılı özünün ağıldankəm ifadələri ilə sosial şəbəkələrdə təxribat xarakterli statuslar paylaşmaqdan çəkinmədi. Noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi paradın möhtəşəmliyindən dünyanın əksər KİV-ləri videolar paylaşdılar, məqalələr yazdılar, dost xalqlar millətimizi təbrik etdilər, Azərbaycanın dağıdıcı müxalifəti isə susdu, danışmadı. Bir növ erməni lobbisi ilə həmrəylik nümayiş etdirdilər. Söz yox ki, bu tip ortaqlıqda maddi maraq, mənəvi dəstək dayanır. Çünki heç bir halda Azərbaycanın dağıdıcı müxalifəti erməni terrorçularının sayıqlamalarına dəstək verməzlər. Yəni, ayrılan pullardır ki, Ə.Kərimlini, Cəmil Həsənlini və A.Hacılını dövlətinə və xalqına qarşı düşmən mövqe sərgiləməyə sövq edib. Nəzərə almaq lazımdır ki, C.Həsənli açıq şəkil də etiraf edib ki, o hər ay Soros fondundan 200 ABŞ dolları məvacib alıb. Dəfələrlə Ə.Kərimliyə Gürcüstan vasitəsilə valyutaların ötürülməsinə cəhd edilib. A.Hacılının saxta partiya vəsiqələri verib, xaricə göndərdiyi şəxslərdən aylıq pul aldığına dair təkzibedilməz faktlar mövcuddur. Məhz bu cür metodlardan istifadə edərək xaricdən pul aldıqlarına görə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev dağıdıcı müxalif ünsürləri siyasi fahişələr adlandırıb. Bildirib ki, onlara kim çox pul verərsə, həmin dairələrin qucaqlarına atılırlar: "Yəni, bu fərdlərə siyasətdə siyasi fahişə, siyasi pozğun deyirlər. Ümumiyyətlə, Ə.Kərimliyə kim pul verirsə, onların qucağında oturur, özü də məmnuniyyətlə. Məsələn, Qərb verəndə Qərbin, Şərq verəndə Şərqin, Şimal da verəndə Şimalın qucağında özünü rahatlayır".

Arif Hacılı şizofrenik xəstə kimi danışır

Dağıdıcı müxalifət düşərgəsinin satqın və xəyanətkar məxluqları və xaricdəki antimilli ünsürlərin ermənipərəst təşkilatların ölkəmizə qarşı qarayaxma kampaniyasında fəal iştirakçı olmaları təsdiq edir ki, bu ünsürlər Azərbaycan xalqına düşmən kəsiliblər. Həm də təsdiq olunur ki, onlar üçün heç bir dəyər və anlayış deyilən məfhum yoxdur, qürur və şərəfdən də uzaqdırlar. Ən diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Ə.Kərimli A.Hacılını hər məqamda əlində oyuncağa çevirsə də, gözdən salmaq üçün müxtəlif vasitələrdən istifadə etsə də, yenə də Müsavat başqanı ağıllanmır. Yəni, daşın ona kim tərəfindən və nəyə görə atıldığını dərk etmir. Bir növ Ə.Kərimli hansı havanı çalsa, A.Hacılı fərqinə varmadan ortalığa düşüb arsız-arsız əl götürüb oynayır. Halbuki Müsavat partiyası daxilində özünü kriminal dəstənin başçısı kimi aparır. Sıravi müsavatçılar həqiqəti deməkdən, haqqı dilə gətirməkdən məhrumdular. Əgər belə cəhdlər ortada olarsa, özünü kriminal dəstənin başçısı kimi aparan A.Hacılı dərhal onu partiya sıralarından xaric edər. Bir növ partiya daxilində cinayət aləminə xas qayda-qanun yaradıb. Belə bir məxluq Ə.Kərimlinin oyunlarının peşkasına çevrilib. O gün Ə.Kərimlinin dəst-xəttinə uyğun olaraq yazıb ki, "Qarabağı azad edən başqaları, bayram edən, faydalanan başqalarıdır". Bu məxluq başa düşmür ki, əsgər və zabitlərimiz erməni vəhşilərini torpaqlarımızdan qovmaq üçün savaş meydanına girərkən, qələbədən sonra hansısa qazanc əldə edəcəyini düşünməyiblər. Sizlər hakimiyyətdə olduğunuz dövrdə o cür düşüncələrin sahibi olduğunuza görə, torpaqlarımız ermənilər tərəfindən işğal edildi, dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdi. Hazırkı yetişdirilən gənclik isə yalnız bütöv və güclü Azərbaycan dövlətinin qurulması, inkişaf etdirilməsi ruhunda tərbiyə olunub. Məhz müdirik siyasətin nəticəsidir ki, gənclik- xalq da Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə yağı düşməni torpaqlarımızdan qovub, Azərbaycanın suverenliyini bərpa etdi. Bu məqamda heç kim qazanc haqqında düşünməyib, yalnız irəli, yalnız Vətən uğrunda. Böyük qələbədən sonra ortada olan qazancımız isə torpaq bütövlüyümüzün bərpası və keçmiş qaçqın və köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasıdır. Bu qayıdışdan və bölgəyə gətirilən yeni nəfəsdən, quruculuq, abadlıq, bərpa işlərindən böyük qazanc ola bilməz.

İLHAM ƏLİYEV

Chosen
202
50
sia.az

10Sources