EN

Ali Baş Komandanın yerinə yetirdiyi müqəddəs missiya

15 oktyabrda bütün dünya azərbaycanlıları bir daha dövlətimiz və Ali Baş Komandanımızla fəxr etdi...Azərbaycan xalqı üçün oktyabrın 15-i budan sonra daha da unudulmaz gün olaraq yadda qalacaq. 20 il idi ki, xalqımız bu günü Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar xatılayrdı. Cənab Prezident məhz bu gün Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldmaqla Qarabağ məsələsinə son qoymuş oldu və beləcə, 15 oktyabr artıq Azərbaycan xaqlı üçün iki cəhətdən tarixi gün olaraq təqvimə düşdü. Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Şəhər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.15 oktyabrda bütün dünya azərbaycanlıları bir daha dövlətimiz və Ali Baş Komandanımızla fəxr etdi. Dünya azərbaycanlıları böyük qürür hissi ilə Xankəndi şəhərinin mərkəzi meydanındakı bunada dövlətimizin bayrağı və gerbi olan şəkli paylaşdı. Bütün yerli KİV-lərin və sosial medianın gündəmi bu oldu. Daha sonra cənab Prezident məhz bu meydandan xalqımıza müraciəti ilə bu tarixi günün əhəmiyyəti və özəlliyi haqqında fikirlərini söylədi: “20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq”. Dövlətimizin başçısı 20 il ərzində atdığı bütün addımlarında xalqımızın milli maraqlarını qoruyub. Ali Baş Komandan xalqımız qarşında verdiyi vədi böyük mücadilə edərək layiqlə yerinə yetirdi. Qarabağ probleminin həlli Azərbaycan dövlətinin xarici siyasətinin prioritetinə çevrilmişdir. 20 il ərzində bütün beynəlxalq tribunalarda Ermənistanın işğalçılıq siyasəti Prezidentimiz tərəfindən ifşa edildi. Dövlətimizin başçısının dediyi kimi Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi: “Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın”. Artıq bu müqqəddəs missiya icra edilib. 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbədən sonra dövlətimizin başçısı işğaldan azad olunan bütün rayonlarda öz verdiyi sözə uyğun olaraq dövlət bayrağımızı qaldırıb. Bu rayonlarda yenidən həyat çanlanıb. Aparılan abadlıq-quruculuq işlərindən sonra həmin rayonlara Böyük Qayıdışa strat verilib. Bu o deməkdir ki, Azərbaycan xaqlı və Prezidenti öz müqəddəs məqsədinə nail olub. Dövlət başçısı 20 il əvvəl qarşısına qoyduğu vəsifəsini yerinə yetirib. Azərbaycan dövləti öz ərazi bütövlüyünü tam təmin etdi. Əlbəttə ki, Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu çox böyük qəhrəmanlıq götərdi. Cənab Prezident xalqa müraciətində bu məqamı xüsusi olaraq vurğulayıb: “Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu”. Azərbaycanın orduya ayırdığı xərcləri ildən-ilə artırması heç də səbəbsiz deyildi. Baxmayaraq ki, Azərbaycan Qarabağ məsələsini sülh yolu ilə həll etməyə çalışırdı, amma eyni zamanda hərbi yolun da qaçılmaz olduğu vurğulanırdı. Bu illər ərzində ordumuzda yükəsk səviyyədə doyüş hazırlığı işi aparılırdı, müasir silahlar alınırdı. Bütün bunlar həm də müharibəyə hazırlıq demək idi. Və ordu üçün xərclənən vəsait heç də nəticəsiz qalmadı. Müzəffər Azərbaycan Ordusu döyüş meydanında da öz gücünü göstərdi. Düşmənə aman vermdən 44 gün ərzində xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Azərbaycan Ordusunun qəhrəmanlığını Ali Baş Komandan müraciətində belə qiymətləndirib: “Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir”.Azərbaycan Ermənistan üzərində qələbəni tam təmin edib. Qalib ölkə olaraq sülh şərtlərini Azərbaycan müəyyən edir. Yəni Azərbaycan hər zaman bu məsələdə diqtə edən tərəfdir. Ermənistan tərəfdən isə sözsüz və birmənalı şəkildə bütün sülh şərtləri qəbul olunub. Vətən müharibəsində dünya Ali Baş Komandan İlham Əliyevin polad qətiyyətini, diplomatik şücaətini bir daha gördü. Dövlətimizin başçısı Xankəndindən xalqa etdiyi müracəti və məğurur duruş ilə dünya erməni lobbisinə bir daha meydan oxumuş oldu.Gülzar İbrahimova - Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professorPoliqon.info

Chosen
471
50
poliqon.az

10Sources