EN

Bu gün minifutbol üzrə Azərbaycan çempionu bəlli olacaq - YENİLƏNİR

Bu gün minifutbol üzrə Azərbaycan çempionatında mükafatçılar bəlli olacaq.

Apasport.az xəbər verir ki, ilk olaraq üçüncü yer uğrunda qarşılaşmada "Odlar Yurdu” və “Real Bakı" komandaları üz-üzə gələcək. Görüş saat 19:30-da start götürəcək.

Saat 21:00-da isə “Aznur” və “Birbaşa Bakı” kollektivləri final oyununda münasibətlərə aydınlıq gətirəcəklər.

Hər iki matç Bakı Tennis Akademiyasında keçiriləcək.

Chosen
183
5
apasport.az

7Sources