Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya əldə edib.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası bu uğura imza atıb.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycan yığmasının əldə etdiyi nəticə Olimpidaya lisenziya qazandırıb. Komandamız təsnifat mərhələsində 5 topla və 3 lent və 2 halqa ilə çıxışda 70,200 bal toplayaraq, bu hüququ əldə edib.
Bununla da Azərbaycan milli komandasının lisenziya sayı 25-ə yüksəlib.