EN

Sırski: Müdafiə və hücum psixologiyası dəyişilməlidir

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general-polkovnik Aleksandr Sırski qeyd edib ki, Müdafiə Qüvvələri düşmən üzərində üstünlüyə nail olmalı, itkiləri azaltmalı, ən əsası isə müdafiə və hücum psixologiyası dəyişməlidir ki, bu da öz növbəsində qələbə yolunda mühüm addım olacaq.

Qaynarinfo "Ukrainska pravda”ya istinadən xəbər verir ki, o bu barədə Facebook səhifəsində yazıb.
 
"Bu şəraitdə nəzarətimizdə olan mövqelərimizi qorumaq, cəbhənin yarılmasının qarşısını almaq, düşmənin canlı qüvvəsini və texnikasını mümkün qədər məhv etmək bizim üçün çox vacibdir.

Düşmən üzərində üstünlüyə nail olmaq, itkiləri azaltmaq, ən əsası müdafiə və hücum psixologiyasını dəyişmək lazımdır ki, bu da Qələbəmizə doğru mühüm addım olacaq", - Sırski bildirib. 

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanının sözlərinə görə, bu məqsədlə ordu rəhbərliyi səylərini döyüş uzlaşmasından keçən bölmələrlə təlimin keyfiyyətinin artırılmasına yönəldir, bu müddət ərzində düşmənin pilotsuz uçuş aparatlarına qarşı mübarizə və müdafiə, döyüş meydanında hərəkət, radielektron mübarizə texnikasının istifadəsi, yaralıların evakuasiyası və müasir döyüşlərdə aktual olan bir çox digər məsələlər tətbiq olunur.
"Yalnız texnoloji üstünlük və təlim keçmiş qoşunlar döyüş meydanında uğurumuzu təmin edəcək!" - Sırski əlavə edib. 

Nizami Bağırov

Chosen
189
50
qaynarinfo.az

10Sources