Avropa çempionatının F qrupunda Çexiya və Türkiyə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.
Apasport.az xəbər verir ki, görüş Hamburq şəhərində keçiriləcək.
İkinci pillədə qərarlaşan Türkiyə millisi 3, Çexiya isə 1 xala malikdir. Qrupun digər görüşündə Portuqaliya Gürcüstan millisini sınağa çəkəcək. Qarşılşama Helzenkirhen şəhərində reallaşacaq. Lider Portuqaliya millisinin 6, Gürcüstanın isə 1 xalı var.
F qrupunda hər iki oyun 23:00-da start götürəcək.
F qrupu, III tur
23:00. Çexiya - Türkiyə
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq, “Folksparkştadion".
23:00. Gürcüstan - Portuqaliya
Baş hakim: Sandro Şörer (İsveçrə).
Helzenkirhen, "Feltins Arena".